
7-8 dekabr 2024
Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib
Dekabrın 8-də dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən yarışda 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.
Qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.
Digər turnirlər
Minifutbol
Dekabr 2024 - May 2025
Voleybol
31 may - 1 iyun 2025
Voleybol MərkəziBasketbol
3-4 may 20025
Avropa Oyunları ParkıŞahmat
12 aprel 2025
Respublika Şahmat MərkəziNərd
14 mart 2025
Azərbaycan İdman AkademiyasıMinifutbol (qadınlar)
8 fevral 2025
Azfar stadionuStolüstü tennis
3 fevral 2025
"Şüa" İdman KompleksiBadminton
12 yanvar 2025
Badminton Federasiyasının zalıVoleybol
15 dekabr 2024
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi