Voleybol

15 dekabr 2024

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib

Dekabrın 15-də dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 15 komanda (9 kişi, 6 qadın) mübarizə aparıb.

Kişilər arasında Fövqəladə Hallar Nazirliyi birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və “Azərbaycan Dəmir Yolları” QSC komandaları layiq görülüblər. Qadınlar arasında SOCAR fəxri kürsünün ən yüksək pilləsində yer alıb. TƏBİB yarışı ikinci və AZAL isə üçüncü pillədə başa vurublar.

 

Bütün nəticələrlə buradan tanış ola bilərsiniz:_