
14 mart 2025
Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Martın 14-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 54 əməkdaş (39 kişi və 15 qadın) iştirak edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Sevda Əzizova (SOCAR) yarışın qalibi olub. Gülnarə Kərimova (Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi) ikinci, Pərvanə Babayeva (“Azərbaycan Dəmir Yolları” QSC) isə üçüncü pillədə yer alıblar. Kişilər arasında isə Rövşən Aslanov (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) birinci olub. Azay Bağırov ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC) ikinci, Fərid Kərimov (Nazirlər Kabineti) isə üçüncü yeri tutublar.
Digər turnirlər
Minifutbol
Dekabr 2024 - May 2025
Voleybol
31 may - 1 iyun 2025
Voleybol MərkəziBasketbol
3-4 may 20025
Avropa Oyunları ParkıŞahmat
12 aprel 2025
Respublika Şahmat MərkəziMinifutbol (qadınlar)
8 fevral 2025
Azfar stadionuStolüstü tennis
3 fevral 2025
"Şüa" İdman KompleksiBadminton
12 yanvar 2025
Badminton Federasiyasının zalıVoleybol
15 dekabr 2024
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəziİdman dırmanması
11 dekabr 2024
Azərbaycan Alpinizm Federasiyası