Şahmat

12 aprel 2025

Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib

Aprelin 12-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib. 

Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 31 dövlət qurumundan 62 nəfər iştirak edib.

Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Aynur Abbasova (Fövqəladə Hallar Nazirliyi) yarışı ikinci, Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) isə üçüncü pillədə başa vurublar.

Kişilər arasında Murad Quliyev (Mərkəzi Bank), Anar Rəsulov (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və Ədalət Umudov (FHN) fərqləniblər.

 

Bütün mərhələlərlə buradan tanış ola bilərsiniz:_